Daha iki Ağdamlı Şəhid anasına-RUSƏT MƏMMƏDOVA VƏ HİCRAN SÜLEYMANOVAYA “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU – FOTOLAR

Bu gün daha iki İkinci Vətən Müharibəsi Şəhidinin anasına “Şəhid anası” medalı təqdim olunub.

Etikxeber.az xəbər verir ki, Ağdam rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elmir Süleyman oğlu Əliyevin anası Rusət MəmmədovaSəxavət Adıgözəl oğlu Məmmədovun anası Hicran Süleymanovaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim edilib.

Şəhid analarına medal və vəsiqələri jurnalist Kamil Həmzəoğlu (Həmidov) təqdim edib.

Şəhid anaları da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubalı Şəhid anası Tünzalə Abduləlimovaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, həm Elmir Əliyev, həm də Səxavət Məmmədov evin-ailənin 3 övladından biri, ailəli, iki övlad atası olub.

Elmir Əliyev Ağdam, Səxavət Məmmədov isə Ağdərə istiqamətində Şəhidlik məqamına ucalıb.

Hər ikisinin də nəşi Quzanlı qəsəbə Şəhidlər Xiyabanında dəfn olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ağdamın İkinci Vətən Müharibəsi Şəhidləri: 40 YAŞININ TAMAMINA 19 GÜN QALMIŞ DOĞMA AĞDAMININDA ŞƏHİD OLAN ELMİR ƏLİYEV VƏ NƏŞİ 50 GÜNDƏN SONRA TAPILAN, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN SƏXAVƏT MƏMMƏDOV… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə-GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir