Daha iki tanınmış-BİTƏRƏF DEPUTATIN NAMİZƏDLİYİ QEYDƏ ALINDI

Birərəf (müstəqil) millət vəkillərindən daha ikisinin namizədliyi qeydə alınıb.

Etikxeber.az-ın xəbərinə görə, bunlar 4-cü dəfə seçkilərə qatılan tanınmış ziyalı, yazıçı-publisist Aqil Abbas və 3-cü dəfə seçkilərə qatılan iş adamı Cavanşir Feyziyevdir.

Qeyd edək ki, A. Abbas seçkilərə 83 saylı Ağcabədi-Füzuli dairəsindən, C. Feyziyev isə 115 saylı Şəki qəsəbə II dairəsindən  gedib.

A. Abbasın namizədliyi 83 saylı. C. Feyziyevin namizədliyi 115 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

Onu da qeyd edək ki, A. Abbas 3-cü çağırışdan, 2005-ci ildən, C. Feyziyev 2010-ci ildən, 4-cü çağırışdan Milli Məclisin (MM) üzvüdür.

A. Abbas MM-in Mədəniyyət, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, C. Feyziyev Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Mədəniyyət komitələrinin üzvüdür.

C.  Feyziyev  həmçinin, Azərbaycan – Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəridir.

MM-lə  İsveçrə, Macarıstan, Bosniya-Herseqovina, Qırğızıstan və Yaponiya parlamentləri arasında işçi qrupların üzvüdür.

Türkdilli ölkələrin Parlament Assambleyasında (TÜRKPA) və “AVRONEST” Parlament Assambleyasında (PA) Azərbaycan  nümayəndə heyətinin üzvüdür.

2017-ci ilin yanvar ayından Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədridir.

Etikxeber.az

 

Read Previous

BMT Trampı – ALQIŞLADI

Read Next

Seçki sənədlərinin DSK-lara təqdim edilməsi müddəti başa çatır – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir