“Daha mükəmməl, səmərəli qanunlar…” – MİLLƏT VƏKİLİ

Ölkə parlamentinin ölkədə müstəqilliyin möhkəmləndirilməsində və sürətli inkişafın təmin edilməsində xidmətlərini danmaq olmaz. 100 illik tarixi olan parlamentin ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin inkişafında əvəzsiz xidmətləri sayəsində Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanan milli dövlətini qurub. Ölkənin siyasi sisteminin daha da inkişafı, iqtisadi qüdrətinin artması, demokratik proseslərin dərinləşməsi ilə bağlı verilən qanunvericilik aktları, mövcud qanunların daha da təkmilləşdirilməsi Milli Məclisin milli maraqlarımıza xidmət etdiyinin təsdiqidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev deyib.

O, qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin tərəqqisinə, hesablanan islahatların hakimiyyətin qanunvericilik orqanında da aparılması Azərbaycanın gələcək dinamik və davamlı inkişafını zəruri edib.

“Bütün sahələrdə aparılan genişmiqyaslı, məntiqi ardıcıllığa uyğun olaraq bir-birini tamamlayan islahatlarının davamı kimi qiymətləndirilən yeni parlament seçkilərinin keçirilməsi sözsüz ki, siyasi islahatların dərinləşməsinə, ölkənin inkişafına yeni töhfələr verəcək, qanunvericilik sahəsinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək. Daha mükəmməl, səmərəli qanunlar ölkəmizin gündən-günə çiçəklənməsinə xidmət edəcək…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Seçkiyə getmək qərarını düzgün hesab edirəm…” – “MÜSAVAT” BAŞQANI VƏ MƏCLİS SƏDRİ SEÇKİ QƏRARINDAN DANIŞDILAR

Read Next

“Bu, onlarda Vətəninə, xalqına sevgi və tolerantlığı aşılamaqdır…” – GÜNAY AĞAMALI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir