Dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlanıb

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 15-dən etibarən dairə seçki komissiyalarının kompyuter mütəxəssisləri üçün seminarlara başlayıb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən  Etikxeber.az-a bildirilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompyuter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin daha da təkmilləşdirilmiş imkanları barədə praktiki məlumat vermək, onlara əyani şəkildə istifadə imkanı yaratmaq, o cümlədən mütəxəssisləri maraqlandıran məsələlərə yerindəcə aydınlıq gətirməkdir. Seminarlar çərçivəsində səsvermə günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış xüsusi proqram modullarından test rejimində istifadə ediləcək ki, bu da kompyuter mütəxəssislərinin praktiki biliklərini və iş təcrübələrini daha da artıracaq və səsvermə günü sözügedən sistemdən peşəkarcasına istifadəni təmin edəcək.

Ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyasının son maarifləndirmə layihələrindən olan dairə seçki komissiyalarının kompyuter mütəxəssisləri üçün seminarların 3 gün davam etməsi və sentyabrın 17-də başa çatması nəzərdə tutulur.

 Etikxeber.az

Read Previous

Nazir: “Turizm sənayesində 50 mindən artıq insan çalışır ki…”

Read Next

Bakının işğalan azad olunduğu günüdür – Milli qürur tariximiz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir