Dairəvi dəmir yolunda 1125 metr yolun əsaslı təmirinə start verilib – “Azərbaycan Dəmir Yolları”

Noyabrın 22-də dairəvi dəmir yolunda 1125 metr yolun əsaslı təmirinə start verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən Etikxeber.az-a bildirilib ki, Bakı sərnişin–Pirşağı–Sumqayıt istiqamətində 29,2 kilometr dairəvi dəmir yolunun əsaslı təmir işləri davam edir.

Bu gün Nərimanov–Böyükşor mənzilində daha 1125 metr yolun qoyuluşuna başlanılıb. Yolun qoyuluşu iki gün davam edəcək.

Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.

Qeyd edək ki, dairəvi dəmir yolunun əsaslı təmirinə noyabr ayının 8-də start verilib. Əvvəlcə Nərimanov–Böyükşor mənzilində 2,2 kilometr olan hissənin torpaq yatağı işlənib, sonra yolun qoyuluşuna başlanıb və 750 metr uzunluğunda yol qoyulub.

Dairəvi dəmir yolunun qoyuluşu başa çatandan sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başa rahat və təhlükəsiz şəraitdə çatacaq.

Etikxeber.az

Read Previous

Alim Qasımovla qızı ABŞ və Avstraliyaya qastrol səfərinə hazırlaşır

Read Next

Nazir Siyəzənə niyə gedir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir