“DAİŞ-in nəsə etmək üçün harasa terrorçu göndərməsi də vacib deyil…” – POLİTOLOQ

“Hələbin intiqamını alıram” şüarıyla Rusiya səfirini öldürən türkiyəli polis bəlkə də xidməti dövründə terrorizmə qarşı mübarizə aparıb, gənc yaşına rəğmən müxtəlif əməliyyatlarda iştirak edib. Ancaq səfiri öldürməklə terrorçulara ayı xidməti göstərmiş oldu, indi onlar səfiri məhz verilən tapşırıq əsasında qətlə yetirildiyini iddia edirlər. Halbuki, hadisədən bizim kimi sonradan xəbər tutublar. DAİŞ-in Rusiyanın Azərbaycandakı səfirliyinin də hədəfdə olduğunu elan etməsi Mert Altıntaş kimi şəxsin Bakıda da peyda olmasına ümiddən xəbər verir”.

Etikxeber.az-ın məlumatına görə, bunu politoloq  Elxan Şahinoğlu dilə gətirib.

O, qeyd edib ki, DAİŞ-in bu “tapşırığı” yerinə yetirmək üçün Bakıya xüsusi dəstə və şəxs göndərməsi problematikdir.

“Ancaq DAİŞ-in nəsə etmək üçün harasa terrorçu göndərməsi də vacib deyil. Həmin dövlətlərdə verilən tapşırğı yerinə yetirməyi arzulayan şəxs də tapıla bilər. Böyük ehtimalla həmin şəxs nə Suriya və İraqda olub, nə DAİŞ-lə nəsə əlaqəsi var, ancaq təşkilata olan rəğbət hissi onu cinayətə sürükləyə bilər. Belələrin bu haqda düşünməyə başlamaları belə terror planının hərəkətə gətirilməsi deməkdir. DAİŞ də məhz beyinlərdə cızılan planlara arxayındır”-deyə, o, daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“BakıKart” terminalları qalıq pulları qaytaracaq

Read Next

Qırğızıstan parlamentinin sədri Azərbaycana gəlib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir