Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Son təxliyyələr millətin ruhunu incitdi”.
Etikxeber.az-ın xəbərinə görə, bunu AKP-dən olan millət vəkili Metin Külünk “FETÖ”-çü kimi həbs olunan və sonradan sərbəst buraxılan “məşhur kürəkənlər” -Ömər Faruk Kavurmaçının və Əkrəm Yetərin təxliyyələrinə münasibətini bildirəkən deyib.
O, deyib ki, görünür hələ də bəzi “kriptoFETÖ”-çülər “iş başında”, dövriyyədədirlər.
Millət vəkili bu səbəbdən “FETÖ” məsələsi ilə bağlı istintaq işini aparan savçılara-müstəntiqlərə səslənib.
“15 iyul hadisəsini unutmayın və unutdurmayın”-deyə, Külünk bildirib.
Qeyd edək ki, bir neçə gün öncə müxaliflərlə yanaşı, digər AKP-li millət vəkili Şamil Təyyar da son təxliyyələrə kəskin etirazını bildirmiş, “artıq yetər” demişdi.
Onu da qeyd edək ki, Kavurmaçı İstanbul Böyükşəhərbələdiyyəsinin başqanı Kadir Topbaşın, Yetər isə eks-spiker Bülənt Arınçın damadı-kürəkənidir.
Etikxeber.az