“Damazlıq heyvandarlıq”la bağlı məsuliyyət sərtləşdirilir

“Damazlıq heyvandarlıq haqqında” qanuna dəyişikliklər təklif olunur.
Etikxeber.az xəbər verir ki, bununla bağlı qanun layihəsi mayın 31-də Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin iclasında müzakirə olunub.
Komitə sədrinin müavini Eldar Quliyev adıçəkilən sənədin dövlət başçısı tərəfindən MM-ə göndərildiyini bildirib.
Qanun layihəsində isə qeyd olunur ki, Azərbaycanda yetişdirilən heyvan cinslərinin və dünyaya geniş yayılmış cinslərin yerli tiplərinin damazlıq özəklərinə mənsub olan nümunələri qanunvericiliyə uyğun olaraq, dövlət tətəfindən qorunur. Odur ki, bu heyvanların səbəsiz ölümündə və qeyri-qanuni formada çıxdaş edilməsində təqsirli olan şəxslər İnzibati Xətalat Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.
Etikxeber.az

Read Previous

PREZİDENT: “Bu kəmərlər bizim böyük sərvətimizdir…” – YENİLƏNİB

Read Next

Əmək Məcəlləsi dəyişdirildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir