“Danford-Gerasimov görüşü iki dövlətin ölkəmizə olan etimadının göstəricisidir” – DEPUTAT

“ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında mühüm görüşün məhz ölkəmizdə, Bakıda keçirilməsi heç də təsadüfi deyil. Bu, hər şeydən əvvəl bu fakt dünya siyasətini müəyyənləşdirən iki böyük dövlətin Azərbaycana olan inam və etimadının göstəricisidir”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov deyib.

O, qeyd edib ki, əgər Rusiya və ABŞ-ın Azərbaycana marağı olmasaydı,   Danford və Gerasimov arasında belə bir yüksək səviyyəli görüş Bakıda baş tutmazdı.

“Bu, bir daha onu göstərir ki, Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir”-deyən millət vəkili eyni zamanda bildirib ki, bu siyasət, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik Azərbaycanı belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib.

“Ölkə Prezident cənab İlham Əliyev də həmişə bəyan edir ki , Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi prosesdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə, ideal məkana çevirir. Ona görə də bu görüşün ən müxtəlif ölkələrdə keçirilməsi məsələsi uzun müddət müzakirə edilsə də, sonunda Bakıda baş tutması dediyimiz məsələlərlə bağlıdır”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Prezidentlər səviyyəsində keçirilən görüşlərin əhəmiyyəti böyükdür” – ƏLİYEV

Read Next

“Ölkəmiz ən müxtəlif məsələlərdə dünyanın ən ideal dialoq mərkəzinə çevrilib” – İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir