Danışıqlar həmsədrlərin bölgəyə səfəri ilə gələn ay davam etdiriləcək – MƏMMƏDYAROV – FOTOLAR

BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub.

Bu barədə Etikxeber.az  Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.

WhatsApp Image 2018-09-27 at 6.35.33 AM

E. Məmmədyarov görüşün yekunlarını şərh edərkən bildirib:

“Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Bu münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi oldu. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq”.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Azərbaycan nümayəndə heyətindən Paşinyanla bağlı sərt bəyanat: KÜÇƏLƏRİ SƏHV SALDI

Read Next

“Barsa” və “Real” İspaniya çempionatında ilk dəfə məğlub oldu… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir