“Danışıqlar nə qədər tez başlasa, Rusiyanın itkiləri bir o qədər az olacaq”-ZELENSKİDƏN RUSİYAYA ÇAĞIRIŞ, QƏRBƏ TƏPKİ – YENİLƏNİB – (1)

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı atəşi dayandırmaq üçün danışıqlara çağırıb.

Etikxeber.az-ın xəbərinə görə, V. Zelenski müraciətində bildirib ki, Rusiya gec, ya tez, onsuz da danışıqlar aparacaq.

“Rusiya hərbi əməliyyatların dayandırılması və təcavüzü dayandırmaq üçün onsuz da bizimlə danışacaq. Bu danışıqlar nə qədər tez başlasa, Rusiyanın özünün itkiləri bir o qədər az olacaq”-deyə, o, əlavə edib.

V. Zelenski bundan əvvəl Ukraynanın neytral statusu və təhlükəsizlik təminatı ilə bağlı Rusiya ilə danışıqlar aparmaqdan çəkinmədiyini bildirib.

O, həmçinin, qeyd edib ki, qərbli tərəfdaşları Ukraynanın təhlükəsizliyinə təminat vermir və onu NATO-ya qəbul etmək istəmir.

10:46

***

Rusiya Ordusu Ukraynaya hərbi müdaxilə zamanı 450 hərbçisini itirib.

Korrespondent.net saytı xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles açıqlama verib.

Onun iddiasına görə, Rusiya Ordusu müharibənin ilk günü qarşısına qoyduğu hədəflərə çata bilməyib.

12:00

***

“Ən böyük təhlükə Kiyev üzərindədir”.

Bu barədə Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib.

O, Rusiya Ordusunun Kiyevin yaxınlığında yerləşən Qostomel, Vorzel və Buşe istiqamətində irəlilədiyini açıqlayıb.

Arestoviç Kiyev sakinlərini yerli ərazi batalyonlarına yazılmağa səsləyib.

O, Ukrayna Ordusunun Xarkov istiqamətində təmas xəttini stabilləşdirdiyini, Melitopol və Xerson şəhərləri uğrunda döyüşlərin getdiyini xatırladıb.

Etikxeber.az

Read Previous

Özünü jurnalist kimi təqdim edən və vətəndaşa hədə-qorxu gələn daha iki şəxs-SAXLANILDI…

Read Next

Çempionlar Liqasının finalı Sankt-Peterburqdan alınaraq-PARİSƏ TƏHVİL VERİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir