Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı TBMM-də yaradılan Darbe komisyonu hazırladığı hesabatı (raporu) bu gün açıqlayıb.
Etikxeber.az-ın Türkiyə medaiasına istinadən xəbərinə görə, hesabat 300 səhifədən artıqdır.
TBMM Darbe komisyonu başqanı – AKP-li millət vəkili Reşat Petek isə Türkiyə cəmiyyətində daha çox maraqla gözlənilən bir məsələni – “FETÖ”-nün siyasi ayağını (qanadı) müəyyən edə bilməkdiklərini iddia edib.
“Biz “FETÖ”-nün siyasi ayağına ulaşamadıq”-deyə, o, qeyd edib.
O, eyni zamanda 1967-ci ildə Fətullah Gülənin CXP-yə maliyyə yardımı etdiyini iddia edib.
Qeyd edək ki, hesabatda bir sıra önəmli qurumların çevrilişlə bağlı mövqeləri yer alsa da, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) və genelkurmay başqanı Hulusi Akarın fikirləri yer almayıb. Daha doğrusu, o, Darbe komisyonuna heç bir mövqe bildirməyib.
CXP isə hazırlanan hesabatı etirazla qarşılayıb və onu saxta hesabat adlandırıb.
CXP-li millət vəkilləri eyni zamanda, hesabatı “kontrollu rapor” adlandırıblar.
Onlar eyni zamanda, 1967-ci ildə Gülənin CXP-yə maliyyə yardımı etməsi iddiasını iftira adlandırıblar və Darbe komisyonunun başqanı Peteki bu iddianı sübut edə bilməyəcəyi təqdirdə, məhkəməyə verəcəklərini bəyan ediblər.
MHP-dən isə hələlik hesabatla bağlı heç bir açıqlama gəlməyib.
Onu da qeyd edək ki, Türkiyə mediası R. Petekin özünün bir zamanlar Gülənlə çox yaxın olduğunu yayınlayıb.
Etikxeber.az