“Rüfət Aslanlıya da çatdırın ki…” – VAHİD ƏHMƏDOVDAN TƏPKİ – YENİLƏNİB (3)

“Qanun layihəsinə kifayət qədər reaksiyalar var…” – KOMİTƏ SƏDRİ
ziyad-1

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 28-də keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə bildirib ki, birinci oxunuşdan sonra sənədə kifayət qədər reaksiyalar var, böyük əksəriyyət onun vacibliyini vurğulayır və qanun layihəsini dəstəkləyir.
“Qıza müddət ərzində də İşçi Qrupu tərəfindən sənəd üzərində xeyli təkmilləşdirmələr aparılıb, qanun layihəsi sadələşdirilib, yığcamlaşdırılıb”-deyə, komitə sədri sözlərinə əlavə edib.
***
ali-masimli

“Ölkədə iqtisadi fəallıq artırılmasa, bu qanuna elə bir ehtiyac da qalmayacaq” – ƏLİ MƏSİMLİDƏN ETİRAZ

“Yenə də əvvəlki fikrimdə qalıram ki, belə bir sənədin qəbulu vacibdir, ən azından əhalinin aztəminatlı təbəqəsindən olan hissəsinin kreditə çıxışının asanlaşdırılması onun qəbulunun vacibliyini ortaya qoyur”.
Bunu müzakirələr zamanı millət vəkili Əli Məsimli  deyib.
Millət vəkili eyni zamanda deyib ki, bu sənəd qəbul olunacağı halda,  onun gələcəkdə işləməsi ölkədə iqtisadi fəallığın artırılması lazımdır:
“İqtisadi fəallıq olmasa, bu qanuna elə bir ehtiyac da qalmayacaq. Bu baxımdan, ilk öncə ölkədə iqtisadi fəallığı artırmaq lazımdır”.
O, bildirib ki, qanun layihəsində həmçinin, bir sıra “ünvansız maddələr” var:
“Bu cür ünvansızlığın olması düzgün deyil”.
Qanun layihəsində “gün” məsələsinə toxunan millət vəkili burada dəqiqliyin, konkretliyin olmasını da vacib sayıb:
“Keçən dəfə bir söz deyirdiniz, indi isə başqa söz…”.
***
vahid-1
“Rüfət Aslanlıya çatdırın ki…”- VAHİD ƏHMƏDOVLA ƏLİ MƏSİMLİ YENƏ KREDİT PROBLEMİNDƏN ŞİKAYƏTLƏNDİLƏR

Çıxışına davam edən deputat deyib ki, ölkədə bak soyğunçuluğuna nəhayət, son qoymaq lazımdır.

Onun sözlərinə görə, çünki hələ də faizlər çox yüksəkdir:

“Axı, 28-30 faizlə neçə iş görmək, məsələn, biznes qurmaq olar? 

Ona görə hesab edirəm ki, artıq bu məsələyə son qoyulmalıdır.
Kredit faizləri yumşaldılmalı, aşağı salınmalıdır.
İnsanları, sahibkarları bu cür kredit faizləri altında inlətmək olmaz. Bu məsələyə artıq insaflı yanaşma olmalıdır”.
Millət vəkili Vahid Əhmədov da çıxışında həmkarının fikirlərini dəstəkləyib.
Deputat deyib ki, elə bir şərait, mühit yaradılmalıdır ki, banklara axın olsun.
“Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlıya da çatdırın…”-deyə, V. Əhmədov sözlərinə əlavə edib.
***
ziyad
“Cox ciddi şəkildə pul qıtlığı yaranıb…”- ZİYAD SƏMƏDZADƏDƏN ETİRAF

Adıçəkilən komitənin sədri Z. Səmədzadə müzakirələrin yekununda deyib ki, girov məsələsinin də qiymətləndirilməsinə ciddi yanaşmaq lazımdır, bu məsələdə qayda-qanun yaradılmasına ehtiyac var.

 Komitə sədri deyib ki, bu məsələdə insanların qayğısına qalınmalıdır.
“Biz monitorinqlər aparmalıyıq, həmçinin, bankla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Pul qıtlığı yaranıb, bu, çox ciddi ciddi problemdir, bunu ciddi müzakirə etməliyik. Bu olmasa, yəni, pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq”-deyən komitə sədri bu baxımdan, adıçəkilən qanun layihəsinin qəbulunun vacib olduğunu vurğulayıb:
“İnsanlarımız bu qanunu çox səbrsizliklə gözləyirlər…Mən demirəm ki, hamı kredit götürsün…Bu da lazım deyil…Amma bu qanun qəbulu insanlarımız üçün çox vacibdir”.
Etikxeber.az

Read Previous

“AŞPA-nın hər hansı qərəzli addımı Türkiyəni sindirə bilməyəcək” – DEPUTAT

Read Next

Hər bir daşınar əmlak bir neçə yüklülük predmeti ola bilər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir