Daşkəsəndə yol tikintisinə 8,5 milyon manat ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev aprelin 4-də “Daşkəsən rayonunun Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Etikxeber.az  xəbər verir ki, üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Qeyd edək ki, son 15 ildə respublikamızda 15 min kilometr avtomobil yolu çəkilib.

Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir.

Etikxeber.az

Read Previous

Məhkəmə-hüquq sistemində islahatlar: BAŞLAMADAN BİTƏCƏK, YOXSA, NƏTİCƏ VERƏCƏK? – RƏY(LƏR)

Read Next

AzTV-nin 70 yaşlı keçmiş sədrinə prezident təqaüdü veriləcək…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir