Daşkəsəndə iyulda itkin düşən 11 və 21 yaşlı sakinlərin axtarışına MN əməkdaşları cəlb olunub-DAXİLİ İŞLƏR NAZİRLİYİ

İyulun 30-da itkin düşən Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri – 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun axtarışları davam etdirilir.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

DİN rəsmisi bildirib ki, sözügedən şəxslərin tapılması istiqamətində Kəlbəcər rayonu ərazisində intensiv axtarış işləri həyata keçirilir: “Ehtimal olunur ki, itkin düşən şəxslər dumanlı hava şəraitində azaraq kəndlə sərhəd olan Kəlbəcər rayonu ərazisinə keçiblər. Hazırda axtarış aparılan ərazilər həddən artıq minalanmış sahələr olduğu üçün işlərin həyata keçirilməsində ləngimələr yaranır”.

E. Qasımov qeyd edib ki, itkin düşmüş şəxslərin tapılması üçün aidiyyatı qurumlardan əlavə Müdafiə Nazirliyinin də əməkdaşları axtarışlara cəlb olunub.

Qeyd edək ki, İsmət Bayramov və Ülfət Rüstəmov iyulun 30-da at gətirmək adı ilə kənd ərazisindəki otlaq sahəsinə gedib, bir daha geri qayıtmayıblar.

Daşkəsən rayonunun Alaxançallı kəndinin yuxarı hissəsi İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanla təmas xəttində neytral zona olub (APA).

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi-sentyabr Şəhidləri: GORANBOYUN, NAFTALANIN, BƏRDƏNİN, MİNGƏÇEVİRİN, KÜRDƏMİRİN, AĞDAŞIN, ŞAMAXININ, HACIQABULUN, XAÇMAZIN, YEVLAXIN İLK ŞƏHİDLƏRİ-ƏLİ VƏ İSLAM ƏHMƏDOVLAR, QURBANOVLAR AİLƏSİ, FARİZ, ELMAN, HİDİ, NOFƏL, PƏRVİZ, ADƏM, RZA, TURQUT, ELMƏDDİN, ƏKBƏR, RƏŞAD, MANAF…-FOTOLAR

Read Next

“Ölkələrimiz OPEC+ formatında uğurlu əməkdaşlıq həyata keçirir…”-PREZİDENT – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir