Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabunçu rayon Gənclər Evndə Füzuli rayonunun Qərbənd kəndinin ilk Şəhidi Əhməd Məhəmməd oğlu Quliyevin xatirəsinə həsr olunmuş-Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Raziyə Kamilqızının qələmə aldığı “DASTANA SIĞMAYAN ÖMÜR” kitabının təqdimatı mərasimi keçirilib.
Tədbirdə Şəhid ailələri, Qazilər, təhsil və tibb işçiləri, ziyalılar, məktəblilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və bir sıra İctimai Birlik sədrləri iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, təqdimat mərasimində öncə Dövlət himni səsləndirilib, mərhum dövlət başçısı Heydər Əliyev və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxışlar edilib.
Çıxışlarda isə hər kəs qəhraman oğullardan biri olan Əhməd Quliyev haqqında qürurla danışıb.
Eyni zamanda, Sabunçu Gənclər Evininin rəhbərliyinə hər zaman Şəhidlərin xatirəsini əziz tutduqlarına və mütamadi olaraq belə tədbirlər keçirdiklərinə görə minnətdarlıq ifadə olunub.
Həmçinin, Əhməd Quliyevin qardaş və bacıları Şəhidlə bağlı öz xatirələrini bölüşüblər.
Daha sonra müəllif Raziyə Kamilqızı çıxış edərək, tədbirin təşkili üçün Sabunçu rayon İcra Hakimiyyətinə, Sabunçu rayon Gənclər Evinin direktoruna və kollektivinə, o cümlədən gələn qonaqların hər birinə təşəkkürünü bildirib, təqdimat mərasiminin iştirakçılarına “DASTANA SIĞMAYAN ÖMÜR” kitabını təqdim edib.
Sonda isə xatirə fotoları çəkdirilib.
***
FOTOLAR:





Etikxeber.az