Daxili İşlər Nazirliyindən süni intellektlə bağlı-XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) süni intellektlə bağlı xəbərdarlıq edib.

DİN-dən Etikxeber.az-a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:

“Süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur.

Etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər.

Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarını qarşı tərəfə ötürməkdən çəkinsinlər”.

Etikxeber.az

Read Previous

70 yaşın müdrikliyi…-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

İnsanlıqla “siyasət”i qarışdırmayan siyasətçi və ya…-KAMİL HƏMZƏOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir