Daxili Qoşunların bir qrup hərbi qulluqçusu təltif olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 25-ci ildönümü münasibətilə Qoşunların bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə iki nəfər (bir nəfər ölümündən sonra) “Vətən uğrunda”, iki nəfər (ölümündən sonra) “İgidliyə görə”, 16 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Etikxeber.az

Read Previous

İlham Əliyev hərbi xidmətə çağırış haqqında sərəncam imzaladı

Read Next

Əfv Komissiyası 850-dək müraciətə baxdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir