Daxili Qoşunların hərbi qulluqçuları-TƏLTİF EDİLDİ – SİYAHI

Ölkə Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

“Vətən uğrunda” medalı ilə

Abbasov Vurqun Arif oğlu – polkovnik

Cəbrayılov Rövşən Ata oğlu – polkovnik

“İgidliyə görə” medalı ilə

Məmmədov İlqar Aydın oğlu – general-mayor

İsmayılov Alim Şükür oğlu – polkovnik

Məmmədov Sahib Kamaləddin oğlu – polkovnik

“Hərbi xidmətlərə görə” medalı ilə

Babayev Eldar Muxtar oğlu – polkovnik-leytenant

İsmayılov Eyvaz Əvəz oğlu – polkovnik-leytenant

Məhərrəmov Zaur Barat oğlu – polkovnik-leytenant

Məmmədov Vüqar Təhməz oğlu – polkovnik-leytenant

Ələkbərov Rəşad Rafiq oğlu – mayor

Etikxeber.az

Read Previous

“Biz Sizə çox minnətdarıq! Şəhid zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!”-MİLLƏT VƏKİLİ ŞƏHİD ELÇİN ALIYEVİN AİLƏSİ İLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – FOTOLAR

Read Next

Prezident Daxili Qoşunların hərbi hissəsinin-AÇILIŞINDA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir