Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə-MİNAYA DÜŞDÜ…

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb.

Etikxeber.az-ın xəbərinə görə, hadisə rayonun Şukürbəyli kəndində qeydə alınıb.

Hadisə zamanı Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Hər iki hərbi qulluqçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən isə bildirilib ki, hazırda faktla bağlı Füzuli Hərbi Prokurorluğunda araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Hava küləkli və dumanlı olacaq-SABAH

Read Next

“Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi bölgədə normallaşdırma səylərini gücləndirəcək”-ƏRDOĞAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir