Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Dəniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında “Dayı: Bir adamın hikayesi 2” türk döyüş dramının qala-gecəsi baş tutub.
Etikxeber.az xəbər verir ki, bu, 2022-ci ildə ekranlara çıxan “Dayı: Bir adamın hikayesi 1” filminin davamıdır.
Tədbirə filmin rejissoru, ssenaristi və prodüseri Uğur Bayraktar və baş rol ifaçısı Ufuk Bayraktar dəvət olunub.
Filmin qəhrəmanları media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarları ilə şəkil çəkdiriblər.

Azərbaycan tamaşaçıları türkiyəli qonaqları hərarətlə, gur alqışlarla qarşılayıb.
Ekran əsərinin ikinci hissəsində yeni çətinliklərin öhdəsindən gələrək, daha da zirvələrə yüksələn, daha çətin seçimlər və rəqiblərlə qarşılaşan, lakin prinsiplərinə inamını itirməyən Cevahirin həyatından bəhs edilir.
Filmdə digər rolları Reha Özcan, Cem Özer, Yıldıray Şahinler, Kadir Toprak oynayır.
Etikxeber.az