Dayısı 1992-ci ildə, özü isə 2020-ci ildə Şəhid olan evin tək övladı-EMİL ƏMİROVUN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ – MƏRASİM KEÇİRİLDİ, ŞƏHİDİN KEÇDİYİ HƏYAT VƏ DÖYÜŞ YOLUNDAN DANIŞILDI… – FOTOLAR – YENİLƏNİB – (5)

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək övladı, uşaq yaşlarından anası tərəfindən təkbaşına böyüdülən, tək dayısı-Müzəffər İmanov 1992-ci ildə Şəhid olan Emil Əmirovun bu gün ad gündür.

Onun 21 yaşı tamam olur və bu, Emil Əmirovun Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Emil Əmirov 2000-ci ilin dekabr ayının 9-unda Mingəçevir şəhərində anadan olub.

İkinci Vətən Müharibəsi zamanı Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərdən birində, okyabrın 15-də qəhrəmancasına Şəhid olub.

 İki gün sonra, 17 oktyabrda isə nəşi Mingəçevir şəhərində-Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Emil həm də subay olub.

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün saat 14:00 radələrindən Mingəçevirdəki şadlıq saraylarından birində mərasim keçiriləcək.

Mərasim zamanı ruhuna dualar oxunacaq, çıxışlar olunacaq, Şəhidə, Vətənə həsr olunmuş şeirlər, mahnılar, İlahilər səsləndiriləcək

20 yaşında Şəhidlik məqamına ucalan Emil Əmirovun Cənnətdəki ikinci ad günü mərasimində Şəhidin tək, kimsəsiz anası Xanımnaz xanım, nənəsi Məleykə xanım, yaxınları, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri, hərbçilər, Qazilər, məktəblilər, din xadimləri iştirak edəcəklər.

Məkanı cənnətlik, məqamı Uca, mövludu, Cənnətdəki ikinci ad günü, 21 yaşı mübarək olsun!

Nur içində yatsın!

Allah anasına və əzizlərinə səbr versin!

06:56

***

FOTOLAR:

NUR ÜZLÜ EMİLİMİZ…

SƏHƏR TEZDƏN BAŞLAYAN MƏZARININ ZİYARƏTİ…

11:15

***

CƏNNƏTDƏKİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM…ŞƏHİD ANALARI, ŞƏHİD ATALARI, ŞƏHİD AİLƏLƏRİ…

***

Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb.

Mərasimdə Şəhidin ailə üzvləri, Mingəçevir, Bərdə, Kürdəmir, Gəncə, Bərdə, Goranboy, Ağcabədi və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər və başqa şəxslər iştirak edirlər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Şəhidin və Şəhidlərin ruhlarına dualar edilib.

Mərasim zamanı çıxışlar edilib, Şəhidin qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunub.

Şəhidə, Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar, İlahilər səsləndirilib.

Mərasim davam edir.

15:05

***

15:25

***

DÖVLƏT HİMNİMİZİN OXUNMASI VƏ SƏSLƏNDİRİLMƏSİ…

***

15:46

***

ANALAR…CƏNNƏT ANALAR…QƏHRƏMAN ANALAR…

16:16

***

Mərasim 4 saat davam edib.

Sonda Şəhidin anası mərasimə qatılan hər kəsə bir daha minnətdarlığını ifadə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənistan ordusu Kəlbəcər istiqamətində növbəti təxribata əl atdı-MN

Read Next

Şəhid qardaşlardan Tural Həsənovun torpağa tapşırılmasından-BİR İL KEÇDİ – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir