Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
17 dekabr 2023-cü il tarixində Mingəçevir şəhərinin sonuncu beş Şəhidindən-antiterror Şəhidlərindən və ailənin iki oğlan övladından biri olan 19 yaşlı Cahangir Qurban oğlu Tağızadənin adını daşıyan “Şəhid bulağı”nın və xatirə kompleksinin açılış mərasimi olub.
Açılış mərasimindən öncə Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Etikxeber.az-ın xəbərinə görə, Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar olunub, “Quran” oxunub.
Şəhidin məzarını ziyarətdən sonra “QRES” qəsəbəsində (“Vaqonlar” deyilən yerdə) Şəhidin adını daşıyan “Şəhid bulağı”nın və xatirə kompleksinin açılışı keçirilib.
Açılış mərasimində əvvəlcə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Şəhidin ailə üzvləri və Mingəçevirli Şəhid anaları tərəfindən “Şəhid bulağı”nın və xatirə kompleksinin üzərindən ağ örpək götürülüb.
Daha sonra qısa çıxışlar edilib, Şəhidin 19 illik qısa, lakin şərəfli həyat və hərb yolundan danışılıb.
Məktəblilər tərəfindən şeirlər səsləndirilib, Şəhidlərə, Vətənə həsr olunmuş musiqilər, mahnılar ifa edilib.
Açılış mərasimindən sonra Şəhidin ailəsinin yaşadığı evdə (“QRES” qəsəbəsində, “Vaqonlar” deyilən yaşayış məhəlləsində) mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.
Açılış mərasimində və ehsan süfrəsində Şəhidin ailə üzvləri, Mingəçevirli Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri, Kəlbəcər rayon və Mingəçevir şəhər İcra hakimiyyətlərinin məsul nümayəndələri və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Şəhidin dayısı Elgiz İbrahim oğlu Hüseynzadə də Şəhiddir.
O da cəmi 19 yaşında və İkinci Vətən Müharibəsində Şəhidlik məqamına ucalıb.
22:45
***
FOTOLAR:
MƏZARINI ZİYARƏT…










“ŞƏHİD BULAĞI”NIN AÇILIŞI…




23:50
***
XATİRƏ KOMPLEKSİNİN AÇILIŞI…















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





