DÇ-2018 : Almaniya, İngiltərə və Polşa qrupda liderliklərini davam etdirir

Martın 26-da 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində “C”, “E” və “F” qruplarında növbəti oyunlar keçirilib.

Etikxeber.az xəbər verir ki, “C” qrupunun lideri Almaniya bu dəfə də azarkeşlərini sevindirib. Millimiz üzərində 4:1 hesablı qələbə qazanan Lövün yetirmələri qrupda liderliklərini davam etdirirlər. Öz meydanında Norveç millisini məğlub edən Şimali İrlandiya yığması qrupda ikinci pillədə qərarlaşıb. Qrupun digər oyununda isə Çexiya futbolçuları səfərdə San-Marinonu darmadağın ediblər – 6:0.

“E” qrupunda lider Polşa bu dəfə də qələbə qazanıb. Səfərdə Monteneqro yığmasını 2:1 hesabı ilə məğlub edən polyaklar qrupdakı mövqelərini möhkəmləndiriblər. Digər matçda Ermənistan öz meydanında Qazaxıstanı 2:0 hesabı ilə məğlub edib. Rumıniya-Danimarka görüşü isə heç-heçə başa çatıb.

“F” qrupunda da lider dəyişməyib. İngiltərə yığması “Uembli” stadionunda Litva kollektivinin qapısından iki cavabsız top keçirib. Qrupun digər oyunlarında Slovakiya səfərdə Maltanı 3:1, Şotlandiya isə öz meydanında Sloveniyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Etikxeber.az

Read Previous

Neft ucuzlaşdı

Read Next

Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır – DİM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir