Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dördüncü gününün ikinci oyununda “F” qrupunda yer alan Almaniya və Meksika milliləri qarşılaşırlar.
Etikxeber.az xəbər verir, Moskvadakı “Lujniki” stadionunda oynanılan görüşü iranlı referi Fəqani Əlireza idarə edir.
Almaniya millisinin start heyətində meydana Manuyel Noyer, Jerom Boatenq, Mats Hummels, Yozua Kimmix, Marvin Plattenxardt, Sami Xedira, Toni Kros, Tomas Müller, Yulian Draksler, Məsut Özil, Timo Verner çıxıblar.
Meksika yığmasının ilk 11-liyində isə Qilyermo Ocoa, Uqo Ayala, Ektor Moreno, Karlos Solsedo, Xesus Qalyardo, Ektor Errera, Andres Quadrado, Karlos Vela, İrvinq Losano, Miqel Layun, Xavyer Hernandes yer alıblar.
Qeyd edək ki, bu, komandaların dünya çempionatları çərçivəsində ikinci qarşılaşmasıdır. İyirmi il əvvəl – 1998-ci ildə səkkizdəbir final mərhələsindəki birinci oyunda Almaniya millisi meksikalılara 2:1 hesabı ilə qalib gəlmişdi. Almaniya komandası dörd dəfə – 1954-cü, 1974-cü, 1990-cı və 2014-cü illərdə dünya çempionu adını qazanıb.
1930-cu ildə keçirilmiş ilk dünya çempionatının iştirakçısı olan Meksika yığması mundiallarda indiyədək 16 dəfə yer alıb və ən yaxşı nəticəni 1970-ci və 1980-ci illərdə göstərərək dörddəbir final mərhələsinə qədər irəliləyə bilib. Bundan əlavə, 1970-ci və 1986-cı illərdə futbol üzrə dünya çempionatları Meksikada keçirilib.
Meksika, həmçinin ABŞ və Kanada ilə birlikdə 2026-cı ildəki mundiala da ev sahibliyi edəcək.
***
Oyunda hesab açılıb.
Meksikalılar 1:0 hesabı ilə önə keçib.
***
Dünya çempionatının dördüncü gününün sonuncu – üçüncü oyununda “E” qrupunda yer alan Braziliya və İsveçrə milliləri qarşılaşırlar.
“Rostov Arena”da oynanılan görüşü meksikalı referi Cezar Ramos idarə edir.
Braziliya millisinin start heyətində Alison Beyker, Tiaqo Silva, Miranda, Danilo, Marselo, Paulinyo, Kazemiro, Vilyam, Neymar, Filip Koutinyo, Qabriyel Xesus yer alıblar.
İsveçrə yığmasının heyətində isə Yann Zommer, Manuyel Akanji, Fapian Şer, Rikardo Rodriqez, Stefan Lixtştayner, Qranit Jaka, Valon Bexrami, Stiven Cuber, Djerdan Şakiri, Blerim Cemaili, Xaris Seferoviç meydançaya çıxıblar.
Qeyd edək ki, Bu komandalar dünya çempionatlarında ilk dəfə 1950-ci ildə təşkil olunan mundialın qrup mərhələsində qarşılaşıblar. Həmin oyun 2:2 hesabı ilə nəticələnib.
Braziliya millisi ən çox dünya çempionu olan komandadır. Braziliyalılar kuboku 5 dəfə başları üzərinə qaldırıblar. İlk dəfə 1958-ci ildə İsveçdə, dörd il sonra isə Çilidə keçirilən mundialın qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə qalib gələrək üçqat dünya çempionu kimi “Qızıl İlahə”ni həmişəlik öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra – 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında əldə edə bilib. Sonuncu – beşinci çempionluğuna 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda nail olan Braziliya yığması hələlik bu göstərici üzrə dünya rekordçusudur.
İsveçrəlilərin dünya çempionatlarında debütü 1934-cü ildə olub. Onlar mundialda on birinci dəfədir, iştirak edirlər və ən yaxşı nəticəni 1934-cü, 1938-ci və 1954-cü illərdə göstərərək dörddəbir final mərhələsinə vəsiqə qazana bilmişdilər.
Xatırladaq ki, Braziliya milli komandasının yer aldığı “E” qrupu çərçivəsində bu gün Kosta-Rika millisi Serbiya ilə qarşılaşıb. Görüş serbiyalıların 1:0 hesabı ilə qələbəsi ilə başa çatıb.
Günün ikinci görüşündə isə dördqat dünya çempionu Almaniya millisi gözlənilmədən Meksika yığmasına 1:0 hesabı ilə məğlub olub.
***
Oyunda hesab açılıb, braziliyalılar 1:0 hesabı ilə önə çıxıblar.
***
Hesab bərabərləşib – 1:1
***
Oyun 1:1 hesabı ilə başa çatıb.
Etikxeber.az