Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Futbol üzrə 21-ci dünya çempionatının D qrupunda yer alan Argentina – İslandiya milliləri arasında qarşılaşma başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, artıq oyunun birinci hissəsində, 25-ci dəqiqədə hesab bərabərləşib-Argentina-İslandiya-1:1.
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa), Vilmar Roldan, Aleksander Quzman (hər ikisi Kolumbiya)
***
64-cü dəqiqədə argentinalılar hesabda qabaqda ola bilərdilər.
Lakin Messi pentaltini dəqiq yerinə yetirə bilməyib.
***
Dünya çempionatının növbəti qarşılaşması başlayıb.
Bu dəfə Peru və Danimarka milliləri qarşılaşırlar.
Hələlik oyunda hesab açılmayıb.
***
Perulu futbolçu 45-ci dəqiqədə penaltını vura bilməyib.
***
Oyunda hesab açılıb.
59-cu dəqiqədə Danimrarka 1:0 hesabı ilə önə keçib, qolu Persen vurub.
***
Bu günün (bu gecənin) sonuncu qarşılaşması keçirilir.
Xorvatiya millisi ilə Nigeriya millisi qarşılaşır.
Oyunun birinci hissəsində hələ ki, hesab açılmayıb-0:0
***
32-ci dəqiqədə hesab açılıb.
Kramariç xorvatları 1:0 hesabı ilə önə keçirib.
***
71-ci dəqiqədə penaltı ilə hesab 2:0-a çatıb.
Etikxeber.az





