DÇ-2018: Bu gün 3 qarşılaşma olacaq – MƏRAKEŞ-İRAN-0:1 – FOTO- YENİLƏNİB – (2)

Bu gün  Rusiyada keçirilən futbol üzrə dünya çempionatının ikinci günündə üç görüş keçiriləcək.

Etikxeber.az xəbər verir ki, günün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq ilk oyununda “A” qrupunda yer alan Misir və Uruqvay milliləri üz-üzə gələcəklər.

İki dəfə dünya çempionu olan (1930 və 1950) Uruqvay yığması indiyədək 12 mundialda çıxış edib.

Misir yığması isə 1934-cü və 1990-cı illərdəki mundiallardan sonra üçüncü dəfədir dünya çempionatlarında iştirak hüququ qazanıb.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq ikinci qarşılaşma “B” qrupunda yer alan Mərakeş və İran milliləri arasında oynanılacaq. “Rusiya 2018” sonuncu dəfə mundialda 20 il əvvəl təmsil olunan Mərakeşin qatıldığı beşinci dünya çempionatıdır. Mərakeşlilər 1986-cı ildə səkkizdəbir finala yüksəlməyi bacarıblar.

moskva-dunya

İndiyədək dörd dəfə dünya çempionatlarında çıxış edən İran yığması onların hamısında mübarizəni qrup mərhələsində dayandırıb.

Günün sonuncu görüşündə çempionatın favoritlərindən sayılan İspaniya və Portuqaliya milliləri qarşılaşacaqlar.

2010-cu ildə dünya çempionatının qalibi olan İspaniya yığması 15-ci dəfədir mundialda çıxış edir.

İndiyədək altı dəfə dünya çempionatına qatılan Portuqaliya yığması 1966-cı ildə üçüncü, 2006-cı ildə isə dördüncü yeri tutub. 1966-cı ildəki mundialda Portuqaliya futbolunun əfsanəsi Eysebio 9 qolla bombardir olub.

Qeyd edək ki, bütün görüşlər İdman Azərbaycan kanalı ilə birbaşa yayımlanacaq.

***

uruq-1

Misir-Uruqvay qarşılaşması başa çatıb.

Oyun 1:0 hesabı ilə uruqvayılıların xeyrinə sonlanıb.

***

Hazırda Mərakeş-İran qarşılaşması davam edir.

Hələlik hesab açılmayıb.

***

Oyunun artırma dəqiqələrində hesab dəyişib, iranlılar 1:0 hesabı ilə mərakeşlilərə qalib gəliblər.

Etikxeber.az

Read Previous

Xalqımız müqəddəs Ramazan bayramını qeyd edir

Read Next

“…Zəng vurub dedi ki, Əliyev sabah Dəvəçiyə gələcək” – ASLAN NƏSİBOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir