DÇ-2018: DAHA 3 OYUN- Kosta-Rika-Serbiya-0:1 – YENİLƏNİB – (1)

Rusiyadakı futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Etikxeber-ın məlumatına görə, qarşılaşmalar E və F qruplarında ilk tura təsadüf edəcək.

moskva-dunya

E qrupu

16:00. Kosta-Rika – Serbiya

Hakimlər: Malanq Didyu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bamlak Tessema Veyesa (Efiopiya), Tixon Kalugin (Rusiya)

Samara. “Samara Arena”

22:00. Braziliya – İsveçrə

Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama)

Rostov-Don. “Rostov Arena”

F qrupu

19:00. Almaniya – Meksika

Hakimlər: Alireza Fağani, Reza Soxandan, Mohammadreza Mansuri (hamısı İran), Mohammed Abdulla Mohammed, Mohamed əl-Hammadi (hər ikisi BƏƏ)

Moskva, “Lujniki”.

***

  Kosta-Rika və Serbiya milliləri arasındakı qarşılaşma başlayıb.

“Samara Arena”da oynanılan görüşü seneqallı referi Diedhio Malanq idarə edir.

Kosta-rikalıların start heyətində meydana Kerlor Navas, Cankarlo Qonsales, Oskar Duarte, Djonni Akosta, Fransisko Kalvo, Kristian Qamboa, David Qusman, Selso Borxes, Xoan Veneqas, Brayan Ruis, Markos Urenya çıxıblar. Komandanın baş məşqçisi Oskar Ramiresdi.

Serbiya yığmasının ilk 11-liyində isə Vladimer Stoykoviç, Nikola Milenkoviç, Duşko Toşiç, Aleksandr Kolarov, Branislav İvanoviç, Nemanya Matiç, Luka Milivoeviç, Adem Lyaiç, Serqey Milikoviç-Saviç, Duşan Tadiç, Aleksandr Mitriviç yer alıblar. Serbiya millisinin məşqçisi Mladen Krıstaiçdi.

Qeyd edək ki, bu komandalar dünya çempionatlarında ilk dəfə qarşılaşırlar. Kosta-rikalılar dünya çempionatlarında indiyədək dörd dəfə iştirak ediblər. Onların ən yaxşı göstəricisi 2014-ci ildə Braziliyada keçirilən mundialda dörddəbir final mərhələsinə vəsiqə qazanmaları olub. Latın Amerikası təmsilçisi həmin çempionatda İtaliya, İngiltərə, Uruqvay komandaları ilə bir qrupda yer almışdı. Kosta-Rikanın mundiallarda debütü 1990-cı ilə təsadüf edir. Milli komandanın tarixində ən çox qol vuran oyunçu Rolando Fonseka Ximenesdir (44 qol).

***

Oyunda hesab açılıb.

Serbiya millisi 56-cı dəqiqədə 1:0 hesabı ilə önə çıxıb.

Etikxeber.az

Read Previous

Salah Rusiya ilə oyuna çıxacaq

Read Next

ABŞ-da sərgidə atışma: 20 nəfər yaralanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir