Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Rusiyada keçirilən futbol üzrə 21-ci dünya çempionatında daha 3 qarşılaşma olacaq.
Etikxeber.az-ın xəbərinə görə, ilk qarşılaşma Danimarka və Avstraliya milliləri arasında keçiriləcək.
***
Artıq Danimraka-Avstraliya milliləri arasında qarşılaşma başlayıb.
Hesab hələlik açılmayıb-0:0.
Qeyd edək ki, Samara Arena”da keçirilən oyunda danimarkalıların start heyətində meydana Kasper Şmexel, Simon Kyer, Andreas Kristinssen, Xenrik Dalsqor, Yens Strüqer Larsen, Lasse Şene, Kristian Eriksen, Tomas Delayni, Nikolay Yorqensen, Pione Sisto, Yusuf Poulsen çıxıblar. Danimarka milli komandanın çalışdırıcısı Xareyde Oqedi.
Avstraliya millisinin start heyətində isə Meti Rayen, Trent Seysberi, Mark Miliqan, Djoşua Riston, Əziz Bexiç, Mile Yedinak, Aron Muy, Tommi Roqiç, Robbi Kruz, Metyu Leki və Endrü Nabut yer alıblar. Komandanın baş məşqçisi Bert Van Marveykdi.
Oyunu ispaniyalı Antoniyo Mateu idarə edir.
Bu komandalar dünya futbol tarixində ilk dəfə üz-üzə gəlirlər.
Görüşün favoriti Danimarka millisi sayılır. Avstraliya yığmasının birinci turda Fransa milisinə qarşı məğlubiyyətdən sonra (2:1) ilk üç xalını qazanmaq niyyətindədir. Danimarka millisi bu qarşılaşmada qələbə qazanarsa mundialın səkkizdəbir final mərhələsinə vəsiqə qazanmış olacaq. Çünki ilk turda danimarkalılar Peru millisini 1:0 hesabı ilə məğlub ediblər. Zədə səbəbindən Danimarka komandasının əsas yarımmüdafiəçisi Vilyam Kvist oyunu buraxmalı olacaq.
Qeyd edək ki, Avstraliya yığması bundan əvvəl dörd dəfə – 1974-cü, 2006-cı, 2010-cu və 2014-cü illərdə mundialda çıxış etmək hüququ qazanıb. Altıncı qitə təmsilçisinin ən yaxşı göstəricisi 2006-cı ildə Almaniyadakı dünya çempionatına təsadüf edib. Avstraliyalılar həmin vaxt qrup ikincisi kimi səkkizdəbir finala yüksəlsələr də, İtaliya millisi onların yolunu kəsib (0:1).
Danimarka millisi üçün Rusiyada keçirilən dünya çempionatı beşinci mundialdır. Komandanın dünya çempionatlarında ən yüksək göstəricisi “Fransa 1998” mundialında dörddəbir final mərhələsinə yüksəlməsi olub.
Bu qrupun digər oyunu “C” qrupunun favoriti sayılan Fransa yığması ilə Peru millisi arasında “Yekaterinburq Arena”da keçiriləcək. Həmin matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Səkkizinci günün sonuncu oyunu saat 22:00-da başlayacaq.
Mundialın ən maraqlı qarşılaşmalarından biri Argentina-Xorvatiya arasında olacaq.
***
Oyunda artıq hesab açılıb.
Danimarkalılar 1:0 hesabı ilə önə keçiblər.
***
Oyunda hesab bərabərləşib-1:1.
***
Hazırda Fransa-Peru qarşılaşması gedir.
Hesab 1:0 fransızların xeyrinədir.
***
Oyun 1:0 hesabı ilə başa çatıb.
***
Bir azdan günün sonuncu və ən maraqlı qarşılaşması-Argentina-Xorvatiya qarşılaşması başlayır.
***
Argentina və Xorvatiya milli komandaları “Nijni Novqorod Arena”da qarşılaşırlar.
Argentina yığmasının start heyətində Vilfredo Kaballero, Qabriel Merkado, Nikolas Talyafiko, Markos Akunya, Lionel Messi, Xavyer Maskerano, Enso Peres, Nikolas Otamendi, Eduardo Salvio və Serxio Aquero yer alıblar.
Xorvatiya millisinin heyətində meydançaya Daniel Subaşiç, Şime Vrsalko, İvan Striniç, İvan Perişiç, Deyan Lovren, İvan Rakitiç, Luka Modriç, Marselo Brozoviç, Mario Mancukiç, Ante Rebiç və Domaqoy Vida çıxıblar.
Xatırladaq ki, ilk turda Xorvatiya millisi Nigeriyanı 2:0 hesabı ilə məğlub edib. Argentina-İslandiya oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Xorvatiya 3 xalla qrupda birinci yerdə qərarlaşıb.
İndiyədək 4 dəfə qarşılaşan komandaların statistikasında üstünlük Argentina millisinə məxsusdur: 3 qələbə və 1 heç-heçə. İyirmi il əvvəl Fransada keçirilən dünya çempionatının qrup mərhələsində bu komandaların qarşılaşmasında Argentina millisi minimal hesabla qalib gəlib – 1:0. FIFA-nın reytinq cədvəlində Latın Amerikası təmsilçisi ilk beşliyi tamamlayır. Xorvatiya millisi isə 20-ci pillədə yer alıb.
Qeyd edək ki, mundialın səkkizinci gününün ilk iki oyununda “C” qrupu çərçivəsində Danimarka-Avstraliya matçı 1:1 hesabı ilə başa çatıb, Fransa millisi isə Peruya 1:0 hesabı ilə qalib gəlib.
***
Oyunda hesab açılıb.
54-cü dəqiqədə xorvatlar 1:0 önə çıxıblar.
***
Oyunda hesab artıb.
80-ci dəqiqədə Modriç xorvatların 2-ci qolunu vurub.
***
Oyunda hesab yenidən artıb.
Oyunun 90-cı dəqiqəsində Rakitiç xorvatların 3-cü qolunu vurub.
Etikxeber.az





