Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının final görüşü keçiriləcək.
Etikxeber.az xəbər verir ki, dünya çempionunu müəyyənləşdirəcək qarşılaşmada Fransa və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Dünya çempionatında finala qədər keçirilən oyunların heç birində məğlub olmayan bu komandalar arasındakı qarşılaşma Moskvanın “Lujniki” stadionunda baş tutacaq.
1998-ci ildə ilk dəfə dünya çempionu adını qazanan Fransa yığması 20 ildən sonra bu tarixi nəticəni təkrarlamaq istəyir. Xorvatiya yığması isə dünya çempionatları tarixində ilk dəfə final qarşılaşmasına çıxacaq.

Bakı vaxtı ilə saat 19:00-da başlayacaq oyunu argentinalı hakim Nestor Pitana idarə edəcək.
Xatırladaq ki, çempionatın bürünc medalını Belçika yığması qazanıb. III yer uğrunda keçirilən qarşılaşmada Belçika yığması İngiltərəni 2:0 hesabı ilə məğlub edib.
***
Fransa-Xorvatiya qarşılaşması başlayıb.
Fransa yığmasının heyətində meydana Uqo Loris, Samuel Umtiti, Rafael Varan, Benjamen Pavar, Luka Ernandes, Pol Poqba, Nqolo Kante, Blez Matuidi, Antuan Qrizman, Kilyan Mbappe və Olivye Jiru çıxıblar.
Xorvatiya millisinin start heyətində isə meydana Daniel Subaşiç, İvan Striniç, Domaqoy Vida, Deyan Lovren, Şime Vrsalko, İvan Perişiç, Marselo Brozoviç, İvan Rakitiç, Luka Modriç, Ante Rebiç və Mario Mandzukiç yer alıblar.
Oyunu argentinalı referi Nestor Pitana idarə edir.
***
Oyunda hesab açılıb.
Fransızlar 1:0 önə çıxıblar.
***
Oyunun 28-ci dəqiqəsində xorvatlar hesabı bərabərləşdiriblər-1:1.

***
Fransızlar 38-ci dəqiqədə penaltı zərbəsi ilə yenidən önə çıxıblar-2:1.
***
Oyunun ikinci hissəsi davam edir və hesab hələ ki 2:1 Fransanın xeyrinədir.
***
Fransızlar daha bir qol vurublar.
Hesab 3:1 fransızların xeyrinədir.
***
Hesab 4:2-ə çatıb.
***
Oyun 4:2 hesabı ilə başa çatıb və Fransa millisi 20 ildən sonra ikinci dəfə dünya çempionu olub.
Etikxeber.az





