Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Rusiyada keçirilən futbol üzrə 21-ci dünya çempionatının son iki yarımfinalçısı məlum olacaq.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, dörddəbir final mərhələsinin iyulun 7-də keçiriləcək digər görüşlərində İsveç ilə İngiltərə yığması, ev sahibi Rusiya isə Xorvatiya millisi ilə üz-üzə gələcək.
İsveç-İngiltərə matçı Bakı vaxtı ilə saat 18:00-da, Rusiya-Xorvatiya görüşü isə saat 22:00-da başlayacaq.
Çempionatın yarımfinal mərhələsinin görüşləri iyulun 10-11-də oynanılacaq.
Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.
***
İsveç-İngiltərə qarşılaşması başlayıb.
Oyunda hesab hələlik açılmayıb-0:0.
***
“Samara Arena”da keçirilən görüşdə qalib gələn İngiltərə yığması yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Hollandiyalı Byörn Kuypersın idarə etdiyi matç sürətli hücumlarla başlayıb. İngilislər oyunun birinci hissəsinin sonuna yaxın hesabı açıblar. Eşli Yanqın künc zərbəsindən hava ötürməsini başla dəqiq tamamlayan Hari Maquayer adını tabloya yazdırıb – 1:0.
İlk hissə İngiltərə millisinin 1:0 hesabı ilə üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra təzyiqi daha da artıran “dumanlı albion” təmsilçisi matçın 59-cu dəqiqəsində rəqibi ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Cesi Linqardın hava ötürməsini Deli Alli dəqiq baş zərbəsi ilə tamamlayıb – 2:0. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.
Beləliklə, İngiltərə millisi dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qaret Sautqeytın yetirmələri növbəti mərhələdə Rusiya-Xorvatiya oyununun qalibi ilə qarşılaşacaqlar.
***
Dörddəbir final mərhələsinin sonuncu görüşündə ev sahibi Rusiya yığması Xorvatiya millisi ilə qarşılaşır.
Soçidəki “Fişt” stadionunda keçirilən görüşdə Rusiya millisinin start heyətində İqor Akinfeyev, Mario Fernandes, İlya Kutepov, Sergey İqnaşeviç, Fyodor Kudryaşev, Roman Zobnin, Daler Kuzyayev, Aleksander Samedov, Denis Çerişev, Aleksandr Qolovin və Artyom Dzyuba yer alıblar.
Xorvatiya yığmasının ilk onbirliyində isə Daniyel Subaşiç, İvan Striniç, Domaqoy Vida, Deyan Lovren, Şime Vrsalko, İvan Perişiç, Luka Modriç, İvan Rakitiç, Ante Rebiç, Andrey Kramariç və Mario Mancukiç yer alıblar.
Oyunu braziliyalı referi Sandro Rikki idarə edir.
Bu oyunun qalibi yarımfinalda İngiltərə millisi ilə görüşəcək.
Hər iki komanda dörddəbir final mərhələsinə 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlməklə yüksəlib. “A” qrupunda 6 xalla ikinci yeri tutan Rusiya yığması səkkizdəbir finalda İspaniya ilə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan görüşdə 11 metrlik cərimə zərbələrini daha dəqiq (4:3) yerinə yetirərək dörddəbir finala vəsiqə qazanıb.
Mundialın qrup mərhələsində bütün görüşləri qələbə ilə başa vuran üç komandadan biri olan Xorvatiya yığması isə dörddəbir finala vəsiqə uğrunda görüşdə Danimarka millisini mübarizədən kənarlaşdırıb. Əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan həmin matçda Xorvatiya yığması 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlib – 3:2.
Mundialın yarımfinal mərhələsinin oyunları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.
Qeyd edək ki, oyunda hesab hələlik 1:1-dir.
***
Oyun 1:1 hesabı ilə başa çatdığına görə, qalibi və son yarımfinalçını müəyyənləşdirmək əlavə vaxta gediləcək.
***
Komandalar əlavə olunmuş otuz dəqiqə ərzində hərəyə daha bir qol vurub.
Beləliklə, 120 dəqiqə 2:2 hesabı ilə nəticələndiyindən, komandalar qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına müraciət edib. Burda xorvatlar dəqiq olub – 4:3.
Bununla da meydan sahibləri turnirlə 1/4 finalda vidalaşıb. Xorvatiya isə iyirmi il sonra yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Xorvatiyanın yarımfinaldakı rəqibi İngiltərə millisi olacaq.
Etikxeber.az