Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Neman Bəhrəm oğlu Sadıqov…
Salyanlı, Xələcli…
İgid, Qəhrəman, Vətən sevdalısı, Vətən fədaisi Azərbaycan övladı…
İkinci Vətən Müharibəsi iştirakçısı, Antiterror Şəhidi…
Qeyd edim ki, Neman Sadıqov 1996-cı ilin yanvar ayının 9-da Salyan rayonunun Xələc kəndində, kasıb bir ailədə dünyaya gəlib…
Evin iki övladından biri, ailənin tək oğlu, tək bacının tək qardaşı olub…
Tək bacısı Zeynəb xanım hazırda ailəlidir…
2002-2013-cü illərdə Xələc kənd İlqar İbrahimov adına tam orta məktəbində oxuyub…
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2014-cü ildə Əsgərliyə yollanıb…
2016-cı ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra evinə-ailəsinə dönüb…
Fəhləliklə məşğul olub, alnının təri, əllərinin qabarı ilə valideynlərinə mənəvi və maddi cəhətdən kömək etməyə, əl tutmağa, dəstək olmağa çalışıb…
2020-ci ilin 21 sentyabr tarixində hərbi səfərbərliyə cəlb olunub və cəmi 6 gün sonra-27 sentyabrda İkinci Vətən Müharibəsinə qatılıb…
Gözündə qorxu olmayıb, düşmənin üzərinə şığıyıb, döyüşüb, vuruşub…
Müharibənin ilk günündən son gününəcən, tarixi Qələbə və Zəfərimizəcən uzun və şərəfli döyüş yolu keçib…
Qələbədən, müharibədən bir müddət sonra Ordudan təxris olunub, evinə-ailəsinə dönüb…
Az müddət sonra, 2021-ci ilin əvvəllərindən isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərməyə başlayıb…
Və 2023-cü ilin Antiterror əməliyyatında iştirak edib, sentyabrın 20-si günü Şuşa-Xankəndi istiqamətində qəhrəmancasına Şəhadətə ucalıb…
Nəşi bir gün sonra, 21 sentyabr tarixində Xələc kənd Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən öncə 3 medalla, Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
O, həm də nişanlı olub…
Toyuna sayılı günlər qalıbmış…
Amma…
Ömrü kimi arzuları, xəyalları da yarım, yarımçıq qalıb Vətən sevdalısı Neman Sadıqovun…
Neman eyni zamanda, Davud Bayramovla Xələcin iki Antiterror Şəhidindən biridir.
***
Onu da qeyd edim ki, 23 sentyabr 2024-cü il tarixində Xələcli Antiterror Şəhidi Davud Bayramovun Anım Günü mərasimində iştirak etdikdən sonra yazar Raziyə Kamilqızı ilə öncə Şəhidimizin məzarını, sonra isə ocağını, ailəsini, Dərdli, Yaralı valideynlərini ziyarət etdik…
Şəhidimizin valideynlərinə-anası Yeganə xanıma və atası Bəhrəm Sadıqova Allahdan səbr və dözüm dilədik…
“Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…
Müqəddəs ruhu önündə baş əydiyimizi bildirdik…
Təxminən bir saat çəkən ziyarətimiz zamanı Şəhidimizin valideynləri ilə söhbətləşdik, dərdləşdik…
Onlarla birgə üzüldük, kövrəldik, təsirləndik, göz yaşlarına boğulduq…
Təsirlənməmək də, kövrəlməmək də…mümkün deyildi…
Çox təsirli anlar idi…ziyarət anlarımız…
Allah bir daha səbr və dözümlərini versin!
Böyük Yaradan tək oğullarının-Nur üzlü Nemanlarının ruhunu şad, məqamını Ucalardan Uca etsin!
Fəxrimiz, Qürurumuzdur İgid, Qəhrəman Nemanımız!
Nurlar içində uyusun!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az