Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ceyhun Qurban oğlu Salmanov gizir rütbəsindədir, 26 yaşı var. Əsgərlik müddətini bitirdikdən sonra vətənə olan sevgisinə görə müddətdən artıq hərbi xidmətə yazıldı. Öz həyatını və gələcəyini birbaşa olaraq vətənə hərbi xidmətə bağladı. Ceyhun ailədə üç bacının yeganə qardaşıdır. Fiziki göstəriciləri də çox yüksək idi. Fizuli istiqamətində gedən qızğın döyüşlərdən birində ayağından yaralandı. Bud və baldır nahiyəsində ağır yaralar var idi. Bakıda xəstəxənalardan birində əməliyyat olundu. Ayağında həm qəlpə, həm də güllə yarası var idi. Həkimlərimiz yüksək peşəkarlıqla onu əməliyyat etdilər. Artıq bu günlərdə barmaqlarını tərpətməyə başlayıb.
Etikxeber.az xəbər verir ki, bunu Modern.az-a millət vəkili İlham Məmmədov İkinci Vətən Müharibəsi zamanı döyüşlərdə yaralanmış bacısı oğlu haqqında danışarkən bildirib.

“Əməliyyatdan sonra Ceyhun Salmanovla görüşdünüzmü? Hazırda əhval-ruhiyyəsi necədir?” sualına cavabında isə millət vəkili bunları deyib.
“Bəli görüşdüm. Mənə dedi ki, “dayı, sən narahat olma. Mənim ayağımı kəssələr də, protez ayaqla yenidən döyüşlərə yollanacağam”. Bu sözləri ondan eşidəndə təbii ki, çox qürurlandım və bir az da kövrəldim. Ceyhun çox kədərli idi, çünki o, Qarabağa Qələbə bayrağını sancmaq istəyirdi. Həkimlərdən də, məndən də xahiş etdi ki, ona kömək edək ki, tez sağalıb yenidən döyüşlərə qatılsın…”-deyə, o, əlavə edib.
Etikxeber.az





