“Dediklərimi sübut edə bilməsəm, siyasətdən gedəcəm…” – KILICDAROĞLU

“Mənə Ana Yasanın 138-ci maddəsini xatırladan bəy əfəndiyə sual etmək istəyirəm: Əgər  iqtidarınızın, hökumətinizin, özünüzün məhkməyə təsir göstərdiyinizi, təlimatlar verdiyinizi sübut etsəm, istefa verə biləcəksinizmi?”.

Etikxeber.az xəbər verir ki, bunu “Ədalət!” yürüşünü davam etdirən CXP genəl başqanı Kamal Kılıcdaroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ana Yasanın 138-ci maddəsini xatırlatmasına münasibətini bildirərkən qeyd edib.

“Mən məhkəmədə dediklərimi sübut edə bilməsəm,  söz verirəm: siyasətdən gedəcəm. Çünki namuslu, qürurlu insanam”.

Hələlik CXP-nin yürüşünə qatılmayan əski genəl başkan, Antalya millət vəkili  Dəniz Baykal da bu gün səssizliyini pozub, iqtidara səslənib.

O, deyib ki, bizi yürümək zorunda buraxmayın:

“Bizi də yürümək zorunda buraxmasınlar, bu addımı atmağa məcbur edən hərəkətlərdən çəkinlər. Əgər biz də Antalyadan yürüsək, milyonlar arxamızda olacaq”.

“Sayın Kılıcdaroğlu yürüşü dayandırsın, artıq yorulub. O, bizə lazımdır”.

Bunu isə baş nazir Binəli Yıldırım deyib.

Onu da qeyd edək ki, CXP bugünkü qrup toplantısını Ankaradan-TBMM-dən xeyli kənarda, açıq havada keçirib.

Etikxeber.az

 

Read Previous

Əliyev 4 hərbçiyə general rütbəsi verdi – SƏRƏNCAM

Read Next

Məhkəmə Baxçalı müxaliflərinin əleyhinə qərar verdi, Akşənər “Ədalətin ruhuna Əl-Fatihə!” dedi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir