Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Masallı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rafail Teymur oğlu Hüseynovun bu gün Anım Günüdür, 30 noyabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmasından beş il keçir.
Etikxeber.az xəbər verir ki, Rafail Hüseynov 2000-ci ilin 1 yanvar tarixində, Yeni ilin ilk günündə Masallı rayonunun Qarğalıq kəndində dünyaya gəlib.
Ailənin iki öğlan övladından biri olub.
2006-2017-ci illərdə orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra isə 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb.
2019-cu ildə Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb.
Azərbaycan Ordusunun Giziri kimi Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərməyə başlayıb.
İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.
Uzun və şərəfli, 40 günlük döyüş yolu keçib.

Noyabrın 6-da isə Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Ancaq nəşi 23 gündən sonra tapılıb, 29-da ailəsinə təhvil verilib və noyabrın 30-da Qarğalıq kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra beş medal və bir ordenlə-3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Adını daşıyan küçə var.
Ondan iki yaş böyük və hazırda bir övlad atası olan qardaşı Elmir Hüseynov da İkinci Vətən Müharibəsinin iştirakçılarındandır.
Rafail həm də Qarğalıqın iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
O, həm də subay olub.
Anası Şəlalə xanımın dediklərindən:
“Ayın tarixi dəqiq yadımda deyil, axırıncı dəfə Şəhidliyindən bir neçə gün əvvəl danışmışdım…Rafailə uşaqlıqdan Comu deyirdim…Dedim ki, Comu, necəsən, vəziyyətin necədir…Dedi ki, ana, narahat olmayın, hər şey yaxşıdır, hər şey qaydasındadır…Onu da dedim ki, yemək-içməyiniz neçədir, atan sağ-salamat qayıtmağına çoxlu qurbanlar deyib…Bir anlıq sükut çökdü, heç nə demədi…Sonra qayıdıb dedi ki, ana, bilmək olmaz, birdən qayıtmaram…Bu sözləri eşidəndə bütün bədənim titrədi, dedim ki, elə söz demə, sənsiz dözə bilmərəm (gözləri dolur)…Bu, onunla son danışığımız oldu…Rafail başqa oğul idi…Çox istiqanlı, çox ailəcanlı, çox mehriban…Hər gün, hər an Onun yolunu gözləyirəm…”
***
Onu da qeyd edək ki, Anım Günü ilə bağlı bu gün səhər saatlarında Rafail Hüseynovun Qarğalıq kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.
Xatirə fotolarını çəkdirilib.
Məzarını ziyarətdən sonra isə Anım Günü ilə bağlı Qarğalıq kənd məscidində yerləşən Mərasim evində Şəhidin Anım məclisi keçirilib, adına ehsan süfrəsi açılıb, ruhuna dualar olunub.
Qısa çıxışlar edilib, Şəhidin ailəsinə üzərində Rafail Hüseynovun şəkli olan xalça hədiyyə olunub.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, doğmaları, Masallı və Füzuli rayonundan olan Şəhid ailələri, Masallılı, Sumqayıtlı Qazilər, din xadimləri, məktəblilər və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
***
FOTOLAR:




***











***
















***








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





