Defektoloqların çoxunun bu peşəyə heç aidiyyəti yoxdur – MİLLƏT VƏKİLİ

Millət vəkili defektoloqlarla bağlı məsələdən narazılığını ifadə edib.

Etikxeber.az-ın məlumatına görə, millət vəkili Kamilə Əliyeva Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı bildirib ki,  ölkədə defektloq kimi işləyənlərin, fəaliyyət göstərənlərin çoxunun bu sahəyə aidiyyəti yoxdur:

kamile_eliyeva

“Onların çoxunun defektoloqluqdan xəbərləri, anlayışları belə yoxdur. Haradasa gedib 5 ay, 6 ay kurs keçib, sertifikat alıb gəlirlər və deyirlər ki, biz defektoloquq. Bu, düzgün deyil. Bu məsələdə ciddi nizam-intizam olmalıdır. Bu, elə-belə peşə deyil. Bununla kimsə özfəaliyyət şəklində məşğul ola bilməz. Bununla məhz ixtisaslı şəxslər məşğul olmalıdırlar. Odur ki, müzakirəsini apardığımız qanun layihəsində də bu məsələ çox ciddi şəkildə öz əksini tapmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“İbtidai təhsil, orta təhsil mütləq Azərbaycan, ana dilində olmalıdır” – AKADEMİK

Read Next

Təhsil müəssisələri də sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir