“Dekan və müəllimlərin iştirak etmədiyi bu görüşdə fəal olun…” – REKTOR – FOTOLAR

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov 4 cü kurs tələbələri ilə görüş keçirib.

Etikxeber.az-a verilən məlumata görə, rektor tələbələrin sözlərini demələri üçün dekan və müəllimlərin iştirak etmədiyi bu görüşdə fəal olmalarını, universitetin nüfuzuna xələl gətirən qüsurları açıq-aşkar bildirmələrini tövsiyə edib.

Qeyd edib ki, Universitetin bugünkü uğurları üçün gərgin iş aparılıb:

“İstəmişik ki, tələbələrimiz, tələb olunan şəraitli və təminatlı ali məktəbdə təhsil ala bilsinlər. Hər bir tələbənin problemi diqqət mərkəzində olub, onların hərtərəfli inkişafları üçün lazımi qayğılar göstərilib. İmtahanların da şəffaf keçirilməsi ən ümdə vəzifəmizdir. Amma qüsurların, şəffaflığa mane olan səbəblərin aşkarlanmasında daim tələbələrə arxalanmışıq”.

Professor Y. Yusibov  səmimi keçən görüşdə tələbələrin imtahan və digər məsələlərlə bağlı suallarını cavablandırıb, deyilən nöqsanların bir qismi yerindəcə həll edilib, bir qismi də araşdırılması üçün nəzarətə götürülüb.

rektor-1

Etikxeber.az

Read Previous

Böhtana görə cərimənin son həddi üç dəfə, təhqirə görə isə son həddi artırılır…

Read Next

“İşlərin yekunlaşması danışıqlar prosesinin gedişindən asılı olacaq…” – ƏLİYEV – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir