“Demək istəyir ki, başqa alternativiniz yoxdur, məndən ikiəlli yapışın…” – POLİTOLOQ

“Hiss olunur ki, Rusiya prezidenti Vladimir Putin sistemdən kənar (parlamentdə təsmil olunmayan) müxalifətin fəallaşmasından narahatdır. Həqiqətən heç kim gözləmirdi ki, sistemdənkənar müxalifətin lideri Aleksandr Navalnının sosial şəbəkədən bir çağırışı ilə bu qədər gənc və orta yaşlı insan küçələrə tökülüşə bilər”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, Rusiya prezidenti guya korrupsiyaya qarşı mübarizəni dəstəkləyir, ancaq əhalini Tunis, Misir, Liviya, qonşusu Ukrayna nümünəsi ilə də qorxudur. Yəni, cəmiyyətə demək istəyir ki, məndən başqa alternativiniz yoxdur, məndən ikiəlli yapışın, yoxsa Rusiya da dağılar, xaos tüğyan edər.

“Əlbəttə, Rusiyanı yaxın illərdə “rəngli inqilablara” və ya “ərəb baharına” bənzər dəyişikliklər gözləmir. Hər nə qədər olsa da, Putinin reytinqi yüksəkdir. Ancaq Qərbin sanksiyaları da təsirsiz keçmir, Rusiyada iqtisadiyyat geriləməkdə davam edir, ölkənin orta sinfinin bu həyat şərtlərindən narazılığı artır.

Ona görə də indi küçələrə 3-4 min etirazçı çıxsa da, narazılıq dalğasının artmayacağını vurğulamaq da çətindir. Bolşeviklərin lideri Vladimir Lenin məktublarında yazırdı ki, “həyatda sağ ikən Rusiyada inqilabı görmək mənə nəsib olmayacaq”.

Bu sözlərdən cəmi bir il sonra ikinci Nikolay da taxtdan düşürüldü, fevral burjua inqilabı da baş verdi və bütün bunlardan istifadə edən Lenin Rusiyanın başına keçdi”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Bacısı Sevinc Osmanqızıdan imtina etdi…

Read Next

“Bu, öz bəhrəsini artıq verməkdədir…” – ELDAR İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir