Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün bəzi mətbuat orqanlarında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sosial şəbəkələrin bağlanmasına çağırış edən açıqlaması yayılıb.
Bu açıqlama geniş ictimai müzakirəyə səbəb olub.
Etikxeber.az xəbər verir ki, məsələ ilə bağlı H. Rəcəbli Modern.az-a açıqlamasında fikirlərinin təhrif olunduğunu vurğulayıb.
Deputat bildirib ki, o, “Sosial şəbəkələri bağlamaq lazımdır!” sözlərini deməyib:
“Çox təəssüflər olsun ki, mənim fikirlərim yenə təhrif olunub və konteksdən çıxarılaraq, bəzi saytlarda yayımlanıb. Bu fikirlər insanları çaşdırır. Mən demişəm ki, tərbiyəsizlik edən, qanunları pozan, hüquqi normaların əleyhinə olan saytlar və “Facebook”dakı bəzi səhifələr qanunlar daxilində bağlanmalıdır. Mən deməmişəm ki, ümumiyyətlə, sosial şəbəkələri bağlamaq lazımdır.
Bu, düzgün yanaşma deyil.
Mənim sözümü niyə təhrif edirlər, axı?
Mən heç vaxt o sözü deməmişəm. Demokratik cəmiyyətin elementlərindən biri də saytlar, sosial şəbəkələrdir. Amma burada da qanun olmalıdır. Mən açıqlamamda demişəm ki, xaricdən Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan şəxslər söyüş söyürlər. Bu da Azərbaycan mentalitetinə uyğun gəlmir.
Bildirmişəm ki, həmin sözləri deyən, iftira və yalanlar yağdıran saytların bağlanması hüquqi qaydalar və qanunlar daxilində olmalıdır”.
Etikxeber.az