Depozit hərracında tələb təklifi kəskin üstələdi

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

Mərkəzi Bankdan Etikxeber.az-a verilən məlumata görə, hərracda tələb 130 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,54% təşkil edib.

Bundan öncə Mərkəzi Bank bildirib ki, dekabrın 12-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edəcək.

Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% səviyyəsində müəyyən olunub.
Hərrac “Bloomberg” ticarət platformasında keçirilib.

Etikxeber.az

Read Previous

Çaylarda suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb – NAZİRLİK

Read Next

UNICEF: Dünyada 535 milyon uşaq münaqişə və təbii fəlakət zonalarında yaşayır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir