Deputat AŞPA komitəsinin baş məruzəçisi qismində Britaniyada tədbirdə iştirak edəcək

Milli Məclisin (MM) deputatı Sevinc Fətəliyeva noyabrın 9-dan 11-dək Böyük Britaniyanın Vest Sussex şəhərində səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, deputat Avropa Şurası Parlament Assambleyası çərçivəsində təşkil olunan “Uşaqların zorakılıqdan qorunması: effektiv strategiya üçün növbəti addımlar” mövzusunda tədbirdə iştirak edəcək. O, AŞPA-nın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaqlar üzrə baş məruzəçisi qismində tədbirə qatılacaq.

MM-in deputatı yığıncaqda mövzu ilə bağlı fikirlərini bildirəcək, təkliflərini verəcək.

Etikxeber.az

Read Previous

Azərbaycan-Almaniya futbol oyununun məkanı dəyişdiriləcək – NAZİR

Read Next

Tramp ABŞ-ın yeni prezidenti seçildi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir