Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Məcburi köçkünlər və Miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün sentyabrın 5-dən 7-dək Fransada səfərdə olacaq.
Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Paris şəhərində keçiriləcək toplantıda miqrant və deportasiya zamanı itkin düşmüş uşaqların sığınacaq problemləri, miqrantlar üçün Brexitin nəticələri, qaçqın və miqrant hüquqları ilə məşğul olan qeyri-dövlət təşkilatlarının vəzifələri, məcburi köçkünlərin beynəlxalq müdafiəsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Deputat iclasda müzakirə edilən məsələlərə münasibətini bildirəcək.
İclas çərçivəsində S. Qafarovanın “Miqrant və kimsəsiz uşaqların qəyyumluğunun zəruriliyi” mövzusunda hazırladığı məruzə ətrafında dinləmələr keçiriləcək və cari məsələlərə baxılacaq.
Etikxeber.az





