Deputat Azərbaycan hökumətini Aİ-nin ayırdığı 14 milyon avrodan-İMTİNA ETMƏYƏ ÇAĞIRDI…

Avropa İttifaqı pandemiya ilə mübarizə üzrə qlobal cavab tədbirləri çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinə göstəriləcək yardım planını açıqlayıb: Ukrayna – 190 mln; Gürcüstan – 183 mln; Ermənistan – 92 mln; Moldova – 87 mln; Belarus – 60 mln; Azərbaycan – 14 mln. Gördüyünüz kimi, əhalisi bizdən 3 dəfə az olan Ermənistana Azərbaycandan 6,5 dəfə, əhalisi bizdən iki dəfə az olan Gürcüstana 13 dəfə çox yardım ayırılıb. Hesab edirəm ki, Azərbaycan Hökuməti əməkdaşlığa görə təşəkkür edərək bu yardımdan imtina etməlidir.

Etikxeber.az xəbər verir ki, bu təkliflə millət vəkili Bəhruz Məhərrəmov çıxış edib.

“Baş verənlər Prezident İlham Əliyevin BDU-nun 100 illik yubiley mərasimindəki nitqində nə qədər haqlı olduğunu bir daha üzə çıxardı: “Kimsə deyəndə ki, biz Azərbaycanın yaxşılığını istəyirik, inanmayın, gənclər də inanmasınlar. Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq”. Bu arada, məsələyə ilk reaksiya verərək, yüksək vətəndaşlıq mövqeyi sərgilədiyinə görə Azərbaycan Republikası Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırova xüsusi təşəkkür edirəm…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“İmkanı olan vətəndaşlarımızı həmin marketlərdəki rəfləri boş qoymamağa çağırıram…”-YENİ MİLLƏT VƏKİLİ ÇAĞIRIŞ ETDİ…

Read Next

Milli Məclisin 6-cı iclası aprelin 17-də olacaq-İCLASDA BƏLƏDİYYƏLƏRLƏ BAĞLI VİLAYƏT ZAHİROVUN HESABATI DİNLƏNİLƏCƏK – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir