Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Xocalı soyqırımının 25 illiyi münasibəti ilə Türkiyənin Malatya şəhərində təşkil edilmiş tədbirlərdə iştirak etdim və auditoriya qarşısında qətliamın tarixi və nəticələri barədə çıxış etdim. Konfranslar və tədbirlər Malatya şəhər Yaşılyurd bələdiyyəsi, Malatya Universiteti və Malatya Azərbaycanlı Tələbələri Birliyi tərəfindən təşkil edilmişdi. Şəhərin bir neçə görkəmli yerində Xocalı soyqırımı ilə bağlı böyük plakatlar asılmışdı”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
O, qeyd edib ki, bundan başqa vilayətdə fəaliyyət göstərən Vusalat TV-də bir saatlıq canlı efirdə soyqırımla bağlı çıxış edib və yerli qəzetə müsahibə verib.
“Həmçinin, şəhərin iki orta məktəbin müəllim və şagird kollektivi qarşısında çıxış etdim.
Səfər çərçivəsində Maltya Univeristetinin rektoru, Maltya Böyükşəhər bələdiyyəsi, Yaşılyurd və Baltalgazi bələdiyyə başqanları ilə də görüşüm oldu”-deyə, millət vəkili sonra qeyd edib.
Etikxeber.az