DEPUTAT: “Bu gün Türk dünyasının müxtəlif yerlərində qanayan yaralar var” – FOTO – VİDEO

Millət vəkili Qənirə Paşayeva Çanaqqala Savaşının 102 ildönümündə Malatyada İsmət İnönü Üniversitetində geniş məruzə ilə çıxış edib.

Etikxeber.az-ın xəbərinə görə,  “Çanaqqala Savaşı və Türk Dünyasına təsirləri” mövzusunda çıxış edən millət vəkili universitetin “Turgut Özəl Konqress Mərkəzini” dolduran 1000 nəfərlik coşqulu bir tələbə topluluğuna səslənib.

Konfransda çıxış edən professor Mesut Aydın Çanaqqala savaşlarının səbəbləri və nəticələri mövzusunda ətrafı danışıb.

Yazar İmdat Avşar isə I. Dünya Müharibəsi əsnasında Sarıqamışda iqlim şərtləri səbəbindən məğlubiyyətə uğrayan Osmanlı ordusunun ruslara əsir düşən əsgərlərindən, onların taleyinden, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətindən və “Qardaş Köməyi” jurnalından bəhs edib.  Azərbaycan türkləri ilə Anadolu türklərinin birlik və dayanışmalarını dilə gətirib.

Onlardan sonra kürsüyə gələn Q. Paşayeva isə bunları deyib:

“Türk Dünyasının önündə çeşidli sorunlar var. Bu sorunları aşmaq üçün, içində olduğumuz yüzili “Türk əsri” emək üçün “birlik və bərabərlik içində” olmağımız gərəkdir. Çanaqqala bu baxımdan bizə örnək ola bilər. Çünkü Çanaqqala Savaşına Türk Dünyasının dört bir tərəfindən gələn gknüllülər də qatılmıştı. Krımdan, Təbrizdən, Dağıstandan, Kərkükdən, Kiprdən, Balkanlardan vətənin müdafiəsinə gələn minlərlə gəncin içində əlbəttə yüzlərlə azərbaycanlı vətən övladları da vardı. Çanaqqalada yüzlərlə azərbaycanlı şəhidimiz var. Türk Dünyasının hər yanından şəhidlərimiz var.

Çanaqqalada Türk millətini zəfərə daşıyan da bu milli birlik ruhu idi. Bu gün Türk dünyasının müxtəlif yerlərində qanayan yaralar var. O cümlədən, Qarabağ Türk dünyasının həllini gözləyən önəmli məsələlərindən biridir və məncə bu məsələnin həlli üçün də yeni bir Çanaqqala ruhuna ehtiyac var. Əminəm ki, Çanaqqalada vətənin bir qarış toprağını verməmək üçün ölümü heçə sayan Türk gənclərinin yaratdığı bu milli birlik ruhu Ermənistandan tərəfindən işğal edilmiş Azərbaycan toprpaqlarını işğaldan azad etmək üçün də eyni ruhu yenidən dirildəcək”.

Etikxeber.az

https://www.youtube.com/watch?v=b_UyJuk0vh4

Read Previous

Futbolçuların olduğu təyyarə İrəvanda təcili eniş etdi

Read Next

Ermənistan rəhbərliyi əhalisinin aqibətini düşünməlidir- MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir