Deputat “feodal qaydaları”nın hökm sürməsindən danışdı…

Bütün mağazaların mülkiyyəti mağazanın sahiblərinə deyil, məhz ticarət müəssisəsinin sahibinə malikdir. Bu ona bənzəyir ki, bina tikilir verilir sakinə, sonra bina sahibi deyir ki, bu binada icarəçi kimi yaşamalısan.

Etikxeber.az  məlumat verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

“Binə” və “Sədərək” ticarət şəbəkəsində 7-8 min mağaza mövcuddur. Bu, təxminən 30 minə yaxın vətəndaşı, işçini əhatə edir”-deyən millət vəkilinin sözlərinə görə, həmin mağazalar 80 min manatdan 200-250 min manata kimi vətəndaşlara satılıb:

“Lakin bu əməliyyat qeyri-rəsmi aparıldığı üçün bu məbləğdə pul ödəyən sahibkarlar mülkiyyət sahibi ola bilməyiblər. Yalnız icarə hüquqi əsasında orada fəaliyyət göstərməyə malikdirlər. Bu, feodal qaydaları ilə vətəndaşın mülkiyyət hüququnun pozulmasının bir nümunəsidir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Tikintidə yoxlamaların aparılmasına razılıq verən dəyişiklik qəbul olundu…

Read Next

“Düzgün basmamısınız, texnika səhv işləyə bilməz” – SPİKERDƏN DEPUTATA İRAD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir