Deputat Fuad Abbasovun müdafiəsinə qalxdı

Fuad Abbasova qarşı edilənlər milli-etnik diskriminasiyadır, söz, ifadə və fəaliyyət azadlığının məhdudlaşdırılmasıdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, heç bir demokratik cəmiyyətdə insanların ifadə və qanuni fəaliyyət azadlığı məhdudladırılmamalıdır.

O, deyib ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında olduqca yaxşı münasibətlər mövcuddur:

“Ancaq təssüf ki, biz bir sıra hallarda bu münasibətlərə xələl gətirən hadisələrin şahidi oluruq. Fuad Abbasovun Rusiyadan deportasiya edilməsilə bağlı qəbul edilən qərar hüquqi deyil siyasi qərardır. Belə bir qərarın nə üçün qəbul edildiyini hamı yaxşı bilir. Diasporamızın fəal üzvü olan, jurnalist və bloqqer kimi tanınan Fuad Abbasov əslində  heç də təqdim edildiyi kimi millətlərarası münasibətləri qızışdıran addımlar atmayıb tam əksinə ermənilər tərəfindən xüsusi qydada hazırlanmış Çeçen-Azərbaycan qarşıdurmasının qarşısının alınmasında ciddi işlər görüb.

Bu isə əlbətdə Rusiyanın dövlət maraqlarına uyğundur. Yaxşı olar ki, məhkəmə, təxribatı hazırlayan  erməni olduğu halda, özünü azərbaycanlı kimi tanıdaraq, qardaş çeçen xalqının nümayəndəsini təhqir edib, azərbaycanlılarla çeçenlər arasında qarşıdurma yaratmaq istəyən ermənini deportasiya etsin ya da hüquq çərçivəsində alternativ şəkildə cəzalandırsın. Ümumiyyətlə, şimal qonşumuzda  bəzi güc mərkəzlərinin, hətta ayrı – ayrı hallarda dövlət idarəetməsində mühüm vəzifə tutan bəzi məmurların ermənipərst mövqeyi əsla ürəkaçan deyil.

hikmet_babaoglu_2

Ona görə də mütləq nəzərə alınmalıdır ki, azərbaycanlılar bu münasibətə layiq deyillər və belə məsələlərə son qoymaq lazımdır. Ölkəmizdə Rusiyaya münasibət necədirsə Rusiyada da bizə qarşı münasibət elə olmalıdır.Yarnmış vəziyyətdə nə etməliyik sualına gəldikdə isə biz bütün rəsmi və qeyri rəsmi resurslarımızı səfərbər edərək Fuad Abbasovun yanında olmalı, ona qarşı verilmiş bu ədalətsiz hökmün ləğv edilməsinə çalışmalıyıq. Çünki bu qərar təkcə Fuad Abbasovla bağlı məsələ deyil  bir nümunə kimi digər azərbaycanlıların da ictimai fəal hərəkətlərinin məhdudlaşdırılması üçün president kimi düşünülüb, Azərbaycanlıların özünümüdafiə haqqlarından çəkindirməyə hesablanıb.

Ancaq heç kəs düşünməsin ki , Azərbaycanın belə hərəkətlərə qarşı adekvat addımlar atmaq imkanı yoxdur. Belə imkanlar var və biz yeri gəldikdə ondan mütləq istifadə etməliyik.Heç də hadisəni elə yozmaq lazım deyil ki , guya kimsə qəsdən belə addımlarla Rusiya – Azərbaycan münasibətlərini pozmağa çalışır. Unutmaq lazım deyil ki , münasibətlərin pozulması hər iki tərəfin maraqlarına uyğun deyil. Bu münasibətləri qarşlıqlı hörmət əsasında qorumaq lazımdır”.

Etikxeber.az

 

Read Previous

“Galışırıq, maksimum nə mümkündürsə edək ki…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Read Next

Dünyanın da Azərbaycana ehtiyacı var… – KAMİLƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir