Deputat Gəncə faciəsi zamanı evləri ciddi ziyan görən sakinlərlə-SÖHBƏTLƏŞDİ VƏ…- FOTOLAR

Milli Məclisin deputatı Müşfiq Cəfərov vətəndaşlarla telefon vasitəsilə görüş keçirib.

Etikxeber.az-ın xəbərinə görə, deputat 10 oktyabrda baş vermiş Gəncə faciəsi ilə əlaqədar raketin təsirindən ziyan görən evlərin sakinlərilə söhbət aparıb.

Vətəndaşlara dəyən zərər hərtərəfli araşdırılıb tez bir zamanda tədbirlərin görülməsinin zəruriliyini   qeyd edib.

Hər zaman seçiciləri diqqətində saxlayan deputatı Müşfiq Cəfərov hadisə ilə əlaqədar zərər görmüş bütün yerlərə baş çəkib.

Milli Məclisin deputatı şanlı ordumuzun uğurları barədə vətəndaşları məlumatlandırıb və təbrik edib.

Millət vəkili arxa cəbhənin də ruh yüksəkliyinin mənəvi dəstəyinin vacibliyini vurğulayıb.

Etikxeber.az

Read Previous

BDU-nun məzunu Cənubi Asiya Televiziyasının-QONAĞI OLDU – FOTO-VİDEO

Read Next

İşğaldan azad olunan-CƏBRAYIL ŞƏHƏRİ – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir