DEPUTAT: “Hər zaman yanınızdayıq” dedik…” – FOTOLAR

“Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş qardaşımız Təbriz Musazadənin əziz xanımı və gözəl balaları ilə görüşdük, fikir mübadiləsi apardıq, qayğıları ilə maraqlandıq, anım tədbirində iştirak etdik”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” səhifəsində yazıb.

O, qeyd edib ki, anım tədbirində qəhrəman şəhidimizin 2 gözəl övladının hərbi geyimdə gəlməsi, vətənpərvərliyə dair söylədikləri şeir və çıxışları hamını duyğulandırdı.

“Şəhid qardaşımızın xanımına və balalarına “Allah hər zaman yardımçınız olsun və hər zaman yanınızdayıq” dedik”-deyə, o, sözlərinə əlavə edib..

Millət vəkili həmçinin yazıb ki, aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş  Elvin Namazovun ailəsi ilə də görüşüblər.

“Görüşdük, qayğıları ilə maraqlandıq…”-deyə, millət vəkili daha sonra yazıb.

qanira-tabrizzz

qanira-namazov

Etikxeber.az

Read Previous

Sürücü sükan arxasında keçindi…

Read Next

Saatlıda altı yaşayış məntəqəsini birləşdirən yol təmir olunur – “Azəravtoyol” – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir