Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Deputat heç kimi təhqir edə, yalan danışa və böhtan ata bilməz. Bunun üçün parlamentdə İntizam Komissiyası var.
Belə olan hallarda deputata qarşı daxili intizam tədbirləri görülə bilər. Lakin cəmiyyətdə olan, müzakirə edilən hansısa məsələ barədə deputat fərqli fikir deyirsə və bununla razı deyilsənsə, dostcasına ona yaxınlaşıb fikir bildirmək olar”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Aparat rəhbəri Səfa Mirzəyev KİV nümayəndələri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda informasiya qıtlığı var:
“Lakin bu, onunla bağlı deyil ki, kimsə hansısa informasiyanı gizlədir. Azərbaycan balaca ölkə olduğundan burada hər gün sensasion hadisələr baş verimir. Ona görə də bəzi mətbuat orqanları çox vaxt marağı artırmaq üçün ABŞ-ın yeni prezidenti Donal Trampın sevimli sözü olan “feyklər” yazaraq dövriyyəyə buraxır. Həmin məlumatın da yalan olub-olmadığı üçün müəyyən vaxt lazım olur. İctimaiyyətin də müəyyən müddət üçün başı qarışır. Əslində bizdə ciddi, əsaslı informasiya hazırlayan elektron mətbuatı o qədər də çox deyil. Burada fikirlər səsləndirildi ki, kimsə 10 sayt açır. Kiminsə çox sayt açması elə də önəmli deyil. Əsas saytın dolğun və dəqiq xəbərlərinin diqqət çəkməsi və oxunmasıdır”.
O, deyib ki, MM-də baş verənlər qurumun saytında dərc olunur.
“Ona görə də KİV-dən xahişimiz ondan ibarətdir ki, hansısa məsələ barədə fikir bildirəndə bizim ekspertlərlə məsləhətləşəsiniz. Çünki hərdən müzakirə olunan qanun layihəsi barədə elə söhbətlər gedir ki, bunun həmin layihə ilə heç bir əlaqəsi olmur. Milli Məclisin rəhbərliyi, Aparatı media ilə dostluq etmək niyyətindədir. Qəzetdə, saytda, televiziyada deyilən fikirlərdən incimək lazım deyil.
Hərdən insanların hissiyatına toxunan xəbərlər olanda bunu araşdırmaq lazımdır”- deyə, Aparat rəhbəri fikirlərinə əlavə edib.
Etikxeber.az